top
Sumqayıt və Abşeronda gənclər üçün bir sıra tədbirlər keçirilib
07 noyabr 2024, 02:51
- ↺ +

Sumqayıt və Abşeronda gənclər üçün bir sıra tədbirlər keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi və onun bölmələri tərəfindən oktyabr ayı ərzində bir sıra fəaliyyətlər həyata keçirilib.

Mərkəzin Abşeron bölmə mütəxəssisi Günay Niyazovanın Sumqayit24.az-a verdiyi məlumata görə, Sumqayıtda “Regionun Gənc Eko-Səfirləri” proqramı çərçivəsində gənclərə “COP29 və Ekologiya” mövzusunda təqdimat təşkil olunub. Regionun gənc eko-səfiri Famil Pirəliyev tərəfindən Sumqayıt Dövlət Texniki Kolleci, Sumqayıt Musiqi Kolleci və İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində təhsil alan gənclərlə keçirilən görüşdə iqlim dəyişikliyi, ekoloji problemlər və COP29-un əhəmiyyəti müzakirə edilib.

Abşeronda gənclər “Yaşıl Gələcək: Gənclərin Səsi” adlı tədbirdə iştirak ediblər. COP29 çərçivəsində keçirilən bu simulyasiya tədbirində iqlim dəyişikliyi ilə mübarizə yolları müzakirə edilib və fikir mübadiləsi aparılıb. Tədbirdə iqlim siyasəti, davamlı inkişaf, ekosistemlərin qorunması və innovativ həll yolları ilə bağlı təkliflər irəli sürülüb. Tədbir Abşeron Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin Abşeron bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

Ay ərzində Sumqayıtda şəxsi inkişaf istiqamətində “YouthStart” təlimlər silsiləsi, “İntellektual Gənclik” və “Gəncdən Gəncə” adlı fəaliyyətlər keçirilib.

Karyera quruculuğu istiqamətində, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi və Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Sumqayıtda "LevelUP" layihəsi çərçivəsində “COP29 və İqtisadi, Siyasi, Ekoloji İnkişafda Gənclərin Rolu” mövzusunda forum təşkil olunub. Forumda iqtisadi və ekoloji məsələlər müzakirə edilərək gənclərin bu sahələrdəki rolu vurğulanıb. Bundan əlavə, müəllimlərin elektron resurslardan istifadə bacarıqlarını artırmaq məqsədilə təlim keçirilib. Abşeronda isə “Komanda quruculuğu” və “CV hazırlanması” mövzularında təlim baş tutub.

Könüllülük və sosiallaşma istiqamətində Sumqayıtda “Mərkəzə Doğru” layihəsi və “Gəncdən Gəncə” adlı silsilə tədbirlər keçirilib. Abşeronda da “Mərkəzə Doğru” layihəsi baş tutub.

Ümumilikdə, ay ərzində Sumqayıt və Abşeronda keçirilən 25 fəaliyyət çərçivəsində 1718 gənc iştirak edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər