Sumqayıt və Bakının vağzallarında taktil döşəmələr yenilənib.
Baku.ws-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib ki, sözügedən işlər görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün aparılır. Bundan əlavə, bütün stansiya və vağzallarda panduslar yoxlanılıb.