Sumqayıt qripə qarşı vaksin olunanların sayına görə ilk onluqdadır. Sumqayıt24 bu haqda 26 yanvar tarixində TƏBİB-ə istinadən xəbər verir.
Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20.701 nəfər bu xəstəliyə qarşı vaksin vurdurub. İnfluenza virusuna (qrip) qarşı Niderland istehsalı olan vaksinlərdən istifadə edilir.