Sumqayıt Şəhər Təcili Yardım Stansiyasına daxil olan müraciətlərin sayı açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib.
Qurumun icraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1.6 milyondan çox çağırış qeydə alınıb. Bunlardan 132 min 711-i Sumqayıtın payına düşüb.