2 saylı Sumqayıt Şəhər Xəstəxanasının həyətyanı sahəsində ağacəkmə aksiyası keçirilib.
Sumqayit24.az xəbər verir ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan aksiyada STM-nin direktor müavini Ramin Qasımov və xəstəxana rəhrəbliyi iştirak ediblər. İştirakçılar tərəfindən 300-ə yaxın şümşad, oleandr ağacları və dekorativ güllər əklilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, ekoloji aksiya Sumqayıt Tibb Mərkəzi (STM) tərəfindən təşkil edilib.