Sumqayıt sakinləri hər gün, axşam saatlarında şəhəri bürüyən qatı tüstüdən narahatdırlar. Bunu barədə onlar, Sumqayıt24-ə bu gün, 21 dekabr tarixində məlumat veriblər.
Həmin qara tüstü təkcə şəhərin özünü yox, həmçinin qəsəbələri, əsasəndə H.Z. Tağıyev qəsəbəsini əhatə edir. İzləyicilərimizin sözlərinə görə, ətrafa yayılan qoxu səbəbindən axşamlar ne həyətə çıxmaq, nədə ki pəncərəni açmaq olur. Onlar ehtimal edir ki, bu tüstünün mənbəyi yaxınlıqda olan zavodlar və zibil poliqonudur.