top
Sumqayıt yolu üçün YENİ HƏLL
24 yanvar 2026, 10:45
- ↺ +

Sumqayıt yolu üçün YENİ HƏLL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda tıxacları azaltmaq üçün bir neçə yolun, yol ötürücüsünün və tunelin inşası nəzərdə tutulub. Paytaxtda tıxacların yaranmasına səbəb olan yollardan biri də Sumqayıt şossesi ilə bağlıdır. Bu yolun Bakıya aid olan hissəsində gündüz və axşam saatlarında tıxac yaranır və bu tıxac şəhərin bəzi yollarında yüklənməni, gərginliyi artırır.

Bəs tıxacların azaldılması üçün Sumqayıt şossesinin bu hissələrində hansı dəyişikliklər edilməlidir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Sfera.az-a açıqlama verib. Ekspertin fikrincə, ümumiyyətlə, bu yola düşən yükün azaldılması və ciddi alternativlərin formalaşdırılması yönündə işlər görülməlidir:

"Bakı ilə Sumqayıtı əlaqələndirən yol həm də Bakıdan şimal istiqamətində olan magistral yolun bir hissəsidir. Düşünürəm ki, şimaldan cənuba və cənubdan şimala gedən sıxlığı şəhərdən kənara çıxarmaq lazımdır. Bunun üçün R6 Tağıyev-Sahil yolunun dörd zolağı uyğun təmin edilməlidir ki, şimaldan Sumqayıta və Bakıya daxil olmadan birbaşa Sahil qəsəbəsi üzərindən cənuba, yaxud cənubdan şimala getmək imkanı olsun. Nəzərə alsaq ki, M4 Bakı-Şamaxı-Yevlax magistralı da həmin yolu kəsir, Şamaxıdan gələnlər üçün də istər şimala, istərsə də cənuba, Bakıya daxil olmadan sürətli hərəkət təmin edilməlidir. Bu, mövcud Bakı-Sumqayıt yolunun yükünün bir hissəsinin həmin yol vasitəsilə ötürülməsinə səbəb olacaq. Digər tərəfdən, Bakı-Sumqayıt və Xırdalanı əlaqələndirən dəmir yolunun təkmilləşdirilməsi, yük trafikinin sərnişin trafikindən ayrılması və səhər 6-dan gecə 12-yə qədər 15-20 dəqiqə intervallı hərəkətin təmin edilməsi vacibdir. Əlavə stansiyaların da istifadəsi üçün infrastruktur yaradılmalı və onları digər nəqliyyat növləri ilə, yəni avtobuslarla rahat inteqrasiya etmək lazımdır. Vağzal meydanları daha əlçatan olmalı, baryerlər isə aradan qaldırılmalıdır. Bu, layihədə ciddi təsir göstərəcək, çünki yerüstü metro funksiyasını daşıyacaq və mövcud yolun yükünə birbaşa təsir edəcək".

Mütəxəssis digər əsas layihənin yarımdairəvi yolların tikintisinin olduğunu bildirib. O, layihələrdən birinin bu il ərzində tamamlanacağını vurğulayıb:

"Pirşağı-Xırdalan M1-M4 magistralı həm Şamaxıdan, həm də Sumqayıtdan gələnlərin 20 Yanvara daxil olmadan havalimanına çıxışını təmin edəcək. Bundan başqa, Bakının öz yarımdairəvi yollarının tamamlanmasına ehtiyac var. Bakı Dairəvi 1 Lökbatan dairəsi Biləcəri istiqamətində tikilib, amma davamı tamamlanmadığı üçün bütün yük məcburi olaraq həmin yola düşüb və oradan 20 Yanvar və Ziya Bünyadov prospektinə yönəlib. Ona görə Biləcəri-Binəqədi-Sabunçu-Ramana dairəvi istiqamətində 4 zolaqlı yolun tikilməsinə ehtiyac var. Bu, yarımdairəni tamamlayaraq aeroport yoluna çıxacaq. Oradan isə Beton Yol-Zığ dayrəsi havalimanın magistralına və şəhərə daxil olmadan sürətli çıxış imkanı yaradacaq. Digər yollardan biri də Biləcəri yolu və Dərnəgül istiqamətindədir. Bu yollar da həmin yolun yükünün parçalanmasına səbəb olacaq. Həmçinin yol boyu olan yaşayış məntəqələrini əlaqələndirən ictimai nəqliyyatın, avtobus seqmentinin həm avtoparkının yenilənməsi, həm dayanacaqların əlçatanlığı, həm də digər yaşayış məntəqələri ilə əlaqələndirilməsi təmin edilməlidir. Bu, yola çıxan avtomobillərin sayına birbaşa təsir edəcək. Çünki insanlar ciddi alternativlər gördükdə, stabil və hava şəraitindən asılı olmayan ictimai nəqliyyat növləri inkişaf etdikcə, insanlar bunu dəyərləndirəcək. Stabil qrafiklə hərəkət edən dəmir yolu, sürətli avtobuslar və baryersiz, davamlı yol təmin olunduqda çoxluq ictimai nəqliyyata yönələcək. Lakin bu yolda aktiv işlər görülməlidir. Bəzi hərəkət təşkilatında dəyişikliklərin edilməsi də nəzərdə tutulub".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Oxşar xəbərlər