Binəqədi-Novxanı-Sumqayıt yolunda qəza olub.
Oxu.az xəbər verir ki, ərazidə "Hyundai" və “KIA” markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alanların olub-olmaması açıqlanmayıb.
Qəza yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar. Araşdırma aparılır.