Bakı-Sumqayıt yolunda kişi intihara cəhd edib.
Lent.az-ın məlumatına görə, hadisə Xırdalan dairəsi ətrafındakı körpüdə qeydə alınıb. Bakı şəhər sakini, 43 yaşlı Ramin Orucov özünü körpüdən atıb. Nəticədə, müxtəlif bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, R.Orucov səhhətindəki problemlər üzündən intihara cəhd edib. Araşdırma aparılır.