Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.
Teleqraf.com-un xəbərinə görə, hadisə günorta saatlarında Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb. "20 Yanvar" metrosu istiqamətindən Sumqayıt şosesi ilə hərəkətdə olan qadın sürücü idarəetməni itirib və avtomobili aşırıb.
Məlumata görə, sürücü və onun sərnişini olan digər qadın xəsarət almayıblar.