Sumqayıta yaxın günlərdə “Coca-Cola”nın möcüzə karvanı gələcək. Bu haqda coca-colakarvani.az saytına istinadən xəbər veririk.
Belə ki, içkilər ilə dolu, bir neçə yük maşını şəhərimizə 26 dekabr tarixində gəlməsi planlaşdırılır. Məlumata əsasən, Sumqayıtda karvanın son dayanacağı “Göyərçin” abidəsinin önü olacaq.
Qeyd edək ki, “Coca-Cola”nın 7 maşınından ibarət karvan 20 dekabr-2 yanvar tarixlərində ölkə ərazisində 14 şəhər və rayona səfər edir. Onlar aksiya keçirərək sakinlərə Coca-Cola içkilərini hədiyyə edirlər.