Sumqayıtda 3 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Apa TV-nın məlumatına görə, hadisə Sahil küçəsində qeydə alınıb. "Renault" markalı avtomobil əvvəlcə yol kənarında park edilmiş “Toyota” markalı maşına, daha sonra digər avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan olub.