Sumqayıtda 1 nəfərin xəsarət alması ilə nəticələnən zərcirvari qəza baş verib. Sumqayıt24 bu barədə 9 fevral tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə Sülh və Koroğlu prospektlərinin kəsişməsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil işıqforda dayanan digər 3 maşına çarpılıb. Qəza zamanı "Opel" markalı avtomobildə olan hamilə qadın xəsarət alıb. Yaralı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Nəqliyyat vasitələrinə ziyan dəyib.