Sumqayıt poliqonunda istehlaka yararsız qida məhsulları utilizasiya edilib. Bu haqda 20 fevral tarixində Sumqayıt24 AQTA-ya istinadən xəbər verir.
“EkoSum” MMC-yə məxsus poliqonda 4 ton müxtəlif növ unlu qənnadı məmulatı məhv edilib. Məhsullar “Sun Food” MMC-yə məxsus idi.