Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, binanın pilləkən qəfəsinin 3-cü mərtəbəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd sayğac, 1 ədəd qoruyucu açar və 8 p.m kabel yanıb.
Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən mənzillər yanğından mühafizə olunub.
Daha öncə, Sumqayıtda ikimərtəbəli evdə yanğın baş vermişdir.