Sumqayıtda Vətən müharibəsi iştirakçılarına veteran vəsiqəsi təqdim edilib. Sumqayıt24 bu barədə 27 yanvar tarixində şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir.
Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövət himni səsləndirilib. İcra başçısı Zakir Fərəcov tədbir iştirakçılarını salamlayıb. Görüşdə, həmçinin Müdafiə Nazirliyinin əməkdaşı, general-mayor Rasim Babayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi Natiq Qarayev iştirak ediblər.
Toplantıda 611 müharibə veteranına vəsiqlələr təqdim olunub. Ümumilikdə şəhərdə 2000-ə yaxın müharibə iştirakçısına vəsiqə veriləcək.