Sumqayıtda 645 ailə komendantın fəaliyyətindən narazıdır.
BakuTV-nın məlumatına görə, söhbət 9-cu mikrorayonda yerləşən yeni tikililərdən birindən gedir. Sakinlər iddia edirlər ki, qanunsuz şəkildə kommunal qiymətlər artırılır.
"Qiymət qalxıb, üstəlik, xidmət göstərmirlər. İşığı söndürürlər, camaat liftdə qalır, Fövqəladə Hallar Nazirliyindən (FHN) gəlib çıxarırlar", - deyə şikayətçi narazılığını dilə gətirib.
Məsələ ilə bağlı tikinti şirkətinin sədri Ceyhun Qasımov isə bildirib ki, yaxın vaxtlarda vətəndaşların problemləri həll olunacaq.