Sumqayıtda istehlaka yararsız qida məhsulları məhv edilib. Sumqayıt24 bu barədə 22 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Utilizasiya “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus poliqonda aparılıb. “Sun Food” MMC-nin ümumi çəkisi 66,64 ton olan müxtəlif növ qida məhsulları poliqonda məhv edilib.