Sumqayıtda reklamlarla bağlı qanun pozuntuları qeydə alınıb. Sumqayıt24 bu barədə 24 noyabr tarixində Report.az-a istinadən xəbər verir.
Cari ilin 6 ayı ərzində Sumqayıt Şəhər Regional Reklam İdarələrinin nəzarətindəki açıq məkanda qanunvericiliyin tələblərinə uyğun olmayan 682 reklamın yayımı dayandırılıb.
Qeyd edək ki, ölkə üzrə müvafiq icazə sənədi olmadan reklam yayımı həyata keçirən sahibkarlıq subyektinin sayı 5340 olub.