Sumqayıtda külək fəsadlar törədib.
Xeberle.com-un məlumatına görə, 18-ci mikrorayon, Çerkassı küşəsində irigövdəli qovaq ağacı qaz xəttinin üzərinə aşıb və onu əyib. Həmçinin yolda avtomobillərin hərəkətinə maneə yaranıb.
Xüsusən də, Sumqayıt Dəmiryolu Vağzalı istiqamətində hərəkət edən sürücülər yollarını dəyişərək Koroğlu küçəsindən keçməli olurlar.
Xatırladaq ki, torpaq mülkiyyətçiləri mütəmadi olaraq, xüsusən payız və yaz aylarında ərazilərində olan ağacların vəziyyətini yoxlamalı, yaşıllığa zərər vurmamaq şərtiylə aqro-texniki qulluq göstərməli, gövdə ətrafı bərkitmə işləri aparmalı, eyni zamanda qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağac və kolların götürülməsinə rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidirlər.