Sumqayıtda intensiv yağıntıların törətdiyi fəsadlar davam edir.
Sumqayit24.az-a daxil olan məlumata görə, "Dəmir yolu yük həyəti" kimi tanınan ərazidə yağışlardan sonra yaşayış evi qəzalı vəziyyətə düşüb.
"Subasmadan 17 gün keçməsinə baxmayaraq, evimiz hələ də suyun içərisindədir, zirzəmi isə tamamilə su ilə doludur. Divarlarda çatlar əmələ gəlib", - deyə ev sahibi bildirib.
Vətəndaşlar aidiyyəti qurumlardan onlara yardım göstərilməsini xahiş edirlər.