Sumqayıtda “Ələ düşməz bir də o günlər” adlı musiqili görüş təşkil olunub. Sumqayıt24 bu barədə 6 dekabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Yığıncaq N. Nərimanov adına Mədəniyyət Mərkəzində Mədəniyyət və İncəsənət Universitetinin 1984-cü il Dram və kino aktyorluğu fakültəsinin sayılıb-seçilən aktyorları ilə keçirilib. Görüşdə respublikanın Xalq və Əməkdar artistləri, Alman-Azərbaycan Ziyalıları Birliyinin sədri, eləcə də “Əqliyar” musiqi qrupu iştirak ediblər.
Tədbiri əməkdar artist Cəlal Məmmədov idarə edib. Tamaşaçılarla isti ünsiyyət yaradan aktyorlar şeirlər, monoloqlar söyləyib, səhnəciklər təqdim edib və verilən sualları cavablandırıblar.