Sumqayıtda əl qumbarası tapılıb.
Sumqayit24.az-ın məlumatına görə, hadisə 2-ci mikrorayon ərazisində qeydə alınıb.
Həmin ərazidə 1 ədəd RQD-5 markalı əl qumbarası aşkar edilərək polisə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.