Sumqayıtda qapısı olmayan ambulansla bağlı açıqlama verilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Sumqayit24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 15 yanvar tarixində Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aid olan və xidmətdən kənarda olan sanitar avtomobilin qapısında nasazlıq yarandığı üçün təmir məqsədilə Sumqayıt bölməsinin qarajına təhvil verilib:
“Təmirdən sonra isə təcili tibbi yardım avtomobili xəttə buraxılıb.”
10:50
Sumqayıtda təcili tibbi yardım avtomobilinin sürücüsü yolda təhlükəli addım atıb.
Unikal.az-ın məlumatına görə, 90-JX-608 dövlət qeydiyyat nişanlı ambulans qapısı açıq halda hərəkət edib. Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.