Sumqayıt Tibb Mərkəzində (STM) şəhər üzrə ana və uşaq səhiyyəsinin göstəricilərinin statistik təhlili aparılıb. Bu haqda 25 aprel tarixində Sumqayıt24 STM-ə istinadən xəbər verir.
Toplantıda tabelikdə olan tibb müəssisələrinin rəhbərləri iştirak ediblər. STM-in direktor müavini, Perinatal mərkəzin rəhbəri Təranə Rəcəbli mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. O, təqdimatında mövcud vəziyyətin statistik təhlilini təqdim edib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.