Sumqayıtda ananın doğum evində ölməsi ilə bağlı təfərrüatlar məlum olub. Bu haqda 4 iyul tarixində Sumqayıt24 Lent.az-a istinadən məlumat verir.
37 yaşlı G. Fəttayeva yaşadığı evdə dərmanla hamiləliyini pozmağa çalışıb. Onun övladını tələf etmək istəyi qanaxmaya səbəb olub.
Nəticədə o, ağır vəziyyətdə şəhər Perinatal Mərkəzinə yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.