top
Sumqayıtda arvadı ilə yataqda tutduğu qohumunu öldürən şəxsə hökm oxundu
29 noyabr 2024, 04:30
- ↺ +

Sumqayıtda arvadı ilə yataqda tutduğu qohumunu öldürən şəxsə hökm oxundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazda kişi arvadı ilə 19 yaşlı əmisi oğlunu yataqda tutduğu üçün ikincini asıb.

Shimal.News-un ə məlumatına görə, hadisənin məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb.

Belə ki, Tural Heydərov (ad şərtidir) 1994-cü ildə Xaçmazda anadan olub. 2016-cı ildə Aytac Quliyeva (ad şərtidir) ilə ailə həyatı qurub. 2005-ci il təvəllüdlü əmisi oğlu Ramin Heydərov (ad şərtidir) onlara tez-tez gəlirmiş. Aprel 22-si səhər erkən durub evdən çıxacağı üçün arvadı ilə ayrı otaqlarda qalıblar. Tural sübh tezdən telefonun zənginə yuxudan ayılıb. Aytacın yatdığı otağa girəndə əmisi oğlu Ramini arvadı ilə bir yerdə görüb.

Bunu gördükdən sonra qonşuluqda yaşayan atası Elçin Heydərovu zəng edərək çağırıb. Atasının köməyi ilə Raminin qaçmaması üçün onun əl və ayaqlarını sintetik iplə bağlayıb 2 saat yataq otağında saxlayıblar. Bu müddət ərzində onu daimi yumruq və təpiklə döyüblər. Daha sonra əmisi oğlunun boynuna kəndirlə ip salaraq mətbəx otağında asaraq öldürüblər.

Hadisə üzrə Tural Heydərov və atası Elçin Heydərov təqsirləndirilən şəxslər qismində tutularaq məhkəməyə göndərilib.

Onlar Azərbaycan Respublikası CM-nin 120.1, 145.2.3 və 145.2.4-cü (insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Tural Heydərov özünü təqsirli bilib. O ifadəsində göstərib ki, əmisi oğlundan heç zaman şübhələnməyib:

“Ramin qohum kimi bizə gəlib-gedirdi. Heç vaxt onda şübhəm olmayıb. Hadisə olan gün gecə Ramini arvadım Aytacla birlikdə yataq otağında tutdum. Həmin gecə səhər tezdən mal bazarına gedəcəyimə görə uşaqları tezdən narahat etməmək üçün özü qonşu otaqda tək yatdım. Telefonun səsinə oyanıb Aytacın yatdığı otağa keçəndə Ramini 2 çarpayının arasında uzanmış görüb şoka düşdüm. Atamı çağırdım. Atam gələndə onun əl-qolunu iplə bağladım. Atam Raminə heç nə etməməyimi, polisə verməyimi dedi. Atamla razılaşmadım. Mənə mane olmasın deyə atamı evdən göndərdim.

Ramin mənə dedi ki, sən öldürməsən, mən özümü öldürəcəm. Əllərini bağladığım ipi kəsərək onun boynuna bağladım. Mətbəxdə divardakı arakəsmədən onu asdım”.

Məhkəmə baxışı zamanı iş üzrə digər təqsirləndirilən Elçin Heydərov ifadəsində özünü təqsirli bildiyini deyib:

“Hadisə baş verən günü gecə saat 3-də Tural mənə zəng edərək tüfəngi və 2 patron gətirməyimi istədi. Turalın evinə gəldikdə gördüm ki, qardaşım oğlu Ramin gəlininin yataq otağında iki çarpayının arasında uzanıb. Gördüklərimdən dəhşətə gəldim və Raminə sillə vurdum. Bundan sonra Tural həyətdən ip götürüb Raminin əl-ayağını bağladı. Turala onu vurmamasını, həm Raminin, həm də gəlinin ailəsini çağırıb baş verənləri onlara danışmasını və polisə məlumat verməsini dedim. Turalın uşaqları səs-küyə oyanıb ağladıqları üçün uşaqları öz yaşadığım evə apardım. Bir az sonra Tural zəng edib Raminin özünü öldürdüyünü dedi. Belə hadisənin baş verəcəyini bilsəydim, evdən çıxıb getməzdim, bu bir ailənin faciəsidir”.

Məhkəmədə şahid qismində dindirilmiş Aytac Quliyeva deyib ki, Turalla ailə həyatı qurana qədər Raminlə heç bir münasibəti olmayıb:

“Raminlə “Whatsapp” vasitəsilə danışmışam. Ramin yazıb dedi ki, məndən xoşu gəlir. Mən də evli və uşaqlarımın olduğu üçün bu işin alınmayacağını dedim. Hadisə baş verən gecə Ramin zəng edib üz-üzə söz demək istədiyini, mənə görə bizim evə gələcəyini dedi. Raminə gəlməməsini dedim. Amma o, gecə saat 12-də bizə gəldi. Ramin mənim otağıma girdi. Ona çıxmasını dedim, çıxmadı. Dedi ki, sözümü sabah deyəcəm. Bundan sonra, Ramin otaqdakı yataqların arasında gizləndi. Gecə 2-3 arasında Turalın telefonuna zəng gəlib, bu zəngin səsinə Tural otağa daxil olub və Ramini gördü”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə hadisədə təqsirləndirilən Tural Heydərov 11 il, atası Elçin Heydərov isə 3 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər