Sumqayıtda ağır avtoqəza baş verib.
Modern.az-ın məlumatına görə, hadisə saat 11:35-də Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı avtomobil hərəkət edən zaman idarəetməni itirərək aşıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.