Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“APA”nın məlumatına görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
“Toyota Prius” markalı avtomobil yolu keçmək istəyən orta yaşlı qadını vurub. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.