Sumqayıtda, Nəriman Nərimanov küçəsində sərnişin avtobusu qəzaya düşüb. Sumqayıt24 bu haqda 5 iyul tarixində xəbər verir.
Hadisə 5 iyul saat 15:00 radələrində baş verib. “VAZ-2105” avtomobili dayanacaqdan çıxan 12 nömrəli marşrut avtobusuna çarpılıb. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Məlumata görə, sürücülər və sərnişinlər xəsarət almayıblar.
[modula id="38705"]