Abşeron-Xızı Regional Təhsil İdarəsi tender keçirib.
Sumqayit24.az xəbər verir ki, müsabiqə “Abşeron rayonu ərazisində yerləşən ümumtəhsil orta məktəbləri, uşaq bağçaları və körpələr evinin və Sumqayıt şəhər ərazisində yerləşən uşaq və körpələr evinin binalarının isidilməsinin təmin edilməsi” üzrə olub.
Tenderin qalibi "Mahmud" kəndli fermer təsərrüfatı olub. Qalib şirkətlə 1.285.565 manat məbləğində müqavilə imzalanıb.