Sumqayıt şəhərində məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb.
Sumqayit24.az xəbər verir ki, vətəndaşlar səhər saat 8:00-dan etibarən axşam saat 19:00-a qədər şəhər ərazisində yerləşən seçki məntəqələrində səs verə bilərlər.
Qeyd edək ki, şəhər üzrə ümumilikdə 272.474 seçici səsvermə hüququna malikdir. Seçkilərdə 6 dairə üzrə 210 məntəqə xidmət göstərəcək.