Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıxov mükafatlandırılıb.
Sumqayit24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Rauf Sadıxov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Rauf Sadıxov 1985-ci ildən əmək fəaliyyətinə başlayıb. Bakı və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrində həkim-cərrah, eləcə də rəhbər vəzifələrdə çalışıb.
O, 2015-ci ildən Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi kimi fəaliyyətini davam etdirir.
R.Sadıxov 2009-cu ildə dövlət başçısının sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.