Sumqayıtda avtobus sürücüsü qaydaları kobu şəkildə pozub.
Sumqayit24.az-ə daxil olan şikayətə görə, hadisə İsmət Qayıbov küçəsində baş verib. 7 nömrəli marşrutun sürücüsü avtobusu yolun ortasında saxlayaraq sərnişinləri mindirib. Bununla da o, digər hərəkət iştirakçılarının yolunu kəsib və sürücülərin dediyinə görə onlara qarşı “hörmətsiz” yanaşıb.