Sumqayıt Muğam Mərkəzində tədbir baş tutub. Bu haqda 28 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Beynəlxalq Muğam Mərkəzinin 15 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə şəhər rəhbəri Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı Zakir Fərəcov çıxışında şəhərdə muğama böyük diqqət göstərildiyini qeyd edib. Tədbirin təşkil olunduğu Muğam Mərkəzi bunun bariz nümunəsidir.
Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin ansamblının müşayiəti altında respublikanın tanınmış incəsənət ustaları tərəfindən ifalar səsləndirilib.