Sumqayıtda yaşayış binasında yanğın olub.
Sumqayıt24.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsi, 12-ci məhəllədə yerləşən dördmərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Yanğın Mirzə Nuruzadənin kirayədə qaldığı mənzilin mətbəxində baş verib.
Əraziyə FHN-in canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Alov söndürülüb, yanğın səbəbindən binada yaşayan sakinlər təxliyə edilib.