Sumqayıtda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə binanın 2-ci mərtəbəsində qeydə alınıb. Pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd elektrik sayğacı, 7 ədəd qoruyucu açar və 3 paq.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 6-sı uşaq olmaqla 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Alov söndürülüb.