Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın 2-ci mərtəbəsində yerləşən elektrik lövhəsində baş verən yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində biri azyaşlı olmaqla ümumilikdə 5 nəfər təxliyə olunub.
Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Посмотреть эту публикацию в Instagram