Sumqayıtda üçmərtəbəli yaşayış binasında yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə binanın zirzəmisində qeydə alınıb. Ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə və 2 ədəd məişət avadanlığı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Alov söndürülüb.