Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Sumqayit24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 85 kvadratmetr olan 4 otaqlı mənzilin bir otağının pəncərə çərçivəsi və içərisində olan ev əşyaları 20 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı FHN-in əməkdaşları tərəfindən tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.