Sumqayıtda idarəetmə qurumlarının rəhbərləri tərəfindən dekabr ayında keçiriləcək vətəndaş qəbulunun cədvəli açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müəyyən edilmiş günlərdə sakinlərlə görüşəcəklər.
Qəbulda Sumqayıt, Abşeron, Xızı, Qubadlı və Zəngilan sakinlərinin müraciətlərinə baxılacaq.