Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə binanın 1-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin mətbəxində ev əşyaları yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.