top
Sumqayıtda dəniz suyu şirinləşdiriləcək
25 yanvar 2025, 03:54
- ↺ +

Sumqayıtda dəniz suyu şirinləşdiriləcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda yeni zavod tikiləcək.

Sumqayit24.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsium Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsini reallaşdıracaq.

Pilot layihənin əhatə dairəsi

Konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır.

Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən, layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.

Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir.

Müsabiqədə “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun digər üzvü Türkiyənin “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” şirkətidir.

“Yeni içməli su mənbələri yaratmaq çox vacibdir”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Aydın Hüseynov deyib ki, Azərbaycan ən az təbii su ehtiyatlarına malik ölkələrdəndir:

“Bizim su ehtiyatlarımızın 70 faizdən çoxu kənardan tədarük olunur. İqlim dəyişikliklərinin təsirlərini də bura əlavə etsək, o zaman vəziyyətin nə qədər ciddi olduğunu görərik. Bu mənada həm sudan səmərəli istifadə etmək, həm də yeni su mənbələri yaratmaq çox vacibdir.

Ölkənin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün hökumətin bir çox layihələri mövcuddur. Su təsərrüfatı ilə məşğul olan 3 dövlət qurumunun bir arada - Dövlət Su Ehtiyatları Agentliyinin tərkibində birləşdirilməsi də sudan səmərəli istifadə etməyə və yeni su mənbələri yaratmağa xidmət edir”.

Gələcək perspektiv

Müsahibim onu da qeyd edib ki, müasir texnologiyalara əsasən dəniz suyunun təmizlənməsi hökumətin gündəliyində çoxdan var idi:

“Bu mənada Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi gözlənilən idi. Hesab edirəm ki, bu zavod Abşeron yarımadasının şirin suya olan ehtiyacının ödənilməsində öz sözünü deyəcək. Yəqin ki, bu maraqlı təcrübə yaxın gələcəkdə həm Bakıda, həm də digər sahilyanı şəhərlərdə tətbiq olunacaq”.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər