top
Sumqayıtda dönərçi mağazaya basqın edərək işçilərə kreditlərini ödətdirdi
30 aprel 2026, 17:40
- ↺ +

Sumqayıtda dönərçi mağazaya basqın edərək işçilərə kreditlərini ödətdirdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Amil Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə araşdırmanın detalları məlum olub.

Pravda.az-ın məlumata görə, məhkəmə istintaqı zamanı ittiham aktı elan olunub.

İstintaq materiallarına görə, o, 21 avqust 2025-ci il saat 22 radələrində Sumqayıtın 76-cı məhəlləsində yerləşən mağazaya daxil olaraq satıcıları hədələyib. O, sağ əlini cibində saxlayaraq guya silahlı olduğunu göstərib. Təqsirləndirilən şəxs kassadakı pulların, həmçinin müxtəlif elektron platformalar vasitəsilə hesablarına vəsait köçürülməsini tələb edib.

Zərərçəkmiş şəxslər kassadan ümumilikdə 627 manatı müxtəlif onlayn hesablara köçürüblər, əlavə olaraq 100 manat nağd pul veriblər. Beləliklə, ümumilikdə 727 manat ələ keçirilib.

Əməl Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə tövsif olunub.

Məhkəmədə Amil Babayev özünü qismən təqsirli bilib. O bildirib ki, ailəsinin maddi sıxıntıları, azyaşlı övladının ehtiyacları və borclar səbəbindən çıxılmaz vəziyyətdə qalıb. Yaxınlarından borc ala bilmədiyini, spirtli içki qəbul etdikdən sonra emosional vəziyyətdə bu addımı atdığını deyib.

Təqsirləndirilən şəxs mağaza işçilərinə xəsarət yetirmək niyyətinin olmadığını, həyat yoldaşının adına götürülmüş kreditləri qismən ödəyib və uşağının ehtiyaclarına pul göndərdiyini bildirib. O, hadisədən sonra peşman olduğunu qeyd edib.

İş materiallarına əsasən, Amil Babayev əvvəllər məhkum olunmayıb, ailəlidir, azyaşlı övladı var və dönərçi kimi çalışıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Oxşar xəbərlər