top
Sumqayıtda əlil ailəyə böyük məbləğdə CƏRİMƏ YAZILDI
14 yanvar 2026, 20:20
- ↺ +

Sumqayıtda əlil ailəyə böyük məbləğdə CƏRİMƏ YAZILDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhərində yaşayan bir ailəyə böyük məbləğdə cərimə yazılıb.

Yurd.Media-nın məlumatına görə, qurum Sumqayıt şəhəri, "Metallurq" küçəsi, 508 nömrəli fərdi evdə yaşayan Babaşovlar ailəsinə 1767 manat borc müəyyən edib.

Bu borcun silinməsi üçün Babaşovlar ailəsi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib və "Azəriqaz"ı cavabdeh kimi göstəriblər.

Ev sahibi Əlizaman Babaşovun həyat yoldaşı qeyd edib ki, 1-ci qrup əlil əri Babaşov Əlzaman Ağasəlim oğlu və 1-ci qrup əlil oğlu Babaşov Rahib Əlizaman oğlu ilə birlikdə yaşayıb. Əri ötən il yanvarın 11-də vəfat edib: 

"Evin bütün kommunal xətləri ərimin adına qeydiyyata alınıb. Ərim vəfat etdikdən sonra kommunal xətləri öz adıma keçirmək üçün "Azəriqaz"a müraciət etdim. Lakin abonent kodu üzrə 1767 manat borc məbləğinin olduğu qeyd olundu". 

Şikayətçi qadının sözlərinə görə, "Azəriqaz" tərəfindən yaşadıqları fərdi evdə sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilib: 

"Lakin həmin akt gözdən əlil ərim tərəfindən imzalanmayıb. Sayğacdan kənar əlavə xətt vəfat etmiş ərim tərəfindən çəkilməyib. Onun bundan xəbəri olmayıb. O, həmin aktı imzalamaqdan da imtina edib. Ərim vəfat etdikdən sonra evin bütün kommunal ödənişləri və digər işlər mənim tərəfimdən həyata keçirilib. Həmin borc məbləğindən məlumatım olmayıb. Həmçinin həmin məbləği ödəməyə də maddi imkanım yoxdur. Əlil oğluma təkbaşına baxıram və əlavə gəlir mənbələrim yoxdur".

Qadın kommunal xərclərini hər zaman tam vaxtında ödədiyini deyib.

Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" qaz sərfiyyatına görə əsassız hesablanmış borc silinib. Bu qərardan cavabdeh tərəf apellyasiya şikayəti verib. Cavabdeh dövlət qurumu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini istəsə də Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Oxşar xəbərlər