Yenilənib: saat 10:33
Sumqayıtda eltisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Report-un məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ruhanə Quluzadə saxlanılıb.
Araşdırma davam edir.
***
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
29 yaşlı Ülviyyə Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı, 26 yaşlı Ruhanə Quluzadə tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.