top
Sumqayıtda formalaşan böyük sənətkar 82 yaşında
22 yanvar 2026, 14:16
- ↺ +

Sumqayıtda formalaşan böyük sənətkar 82 yaşında

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün tanınmış teatr və kino xadimi, Xalq artisti Hacı İsmayılovun doğum günüdür. Görkəmli aktyor 82 yaşını qeyd edir.

Hacı Məcid oğlu İsmayılov 1944-cü il yanvarın 22-də Bakı şəhərində anadan olub. O, 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. Daha sonra Sumqayıt Dövlət Dram Teatrına dəvət alaraq 1968-ci il sentyabrın 2-dən etibarən teatrın gənc truppasında fəaliyyətə başlayıb.

Sumqayıt teatrında ilk rollarından biri M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" əsərində dərviş Məstəlişah obrazı olub. Ardınca C.Patrikin "Qəribə missis Səvic" tamaşasında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" əsərində isə Məmmədəli bəy rolunu canlandırıb. 1970-ci il fevralın 16-dan etibarən Akademik Milli Dram Teatrında çalışmağa başlayıb və ilk olaraq H.Cavidin "Xəyyam" faciəsində İkinci Qulam rolunda səhnəyə çıxıb.

Aktyorun kinoda ilk işi "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Ad günü" filmində Mustafa rolu olub. Bu obraz onu geniş tanıdıb və 22 aprel 1980-ci ildə o, Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.

Hacı İsmayılov prezident təqaüdçüsüdür. O, Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib, 21 yanvar 2019-cu ildə isə "Şöhrət" ordeninə layiq görülüb.

Yaradıcılığında realist aktyor məktəbinin xüsusiyyətləri üstünlük təşkil edir. Akademik Milli Dram Teatrında ifa etdiyi əllidən artıq rolun böyük hissəsi bu üslubun estetik prinsiplərinə uyğun qurulub.

Aktyorun filmoqrafiyasına "Atayevlər ailəsi", "Babamızın babasının babası", "Bəyin oğurlanması", "Fəryad", "Güzgü", "Həm ziyarət, həm ticarət…", "Qonşu qonşu olsa…", "Məşədi İbad-94", "Ölsəm… bağışla", "Ulduz", "Təxribat" və digər filmlər daxildir.

Hacı İsmayılov 2000-ci ildə Azərbaycanın "Xalq artisti" fəxri adına layiq görülüb. O, ailəlidir, iki övladı və üç nəvəsi var.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Oxşar xəbərlər