Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Sağlam yaşam və sağlam yaşlanma” mövzusunda seminar keçirilib.
Sumqayit24.az xəbər verir ki, Qızıl Aypara Cəmiyyətinin (QAC) əməkdaşı Mətanət Qaraxanova tərəfindən gənclərə sağlam həyat tərzi və uzunmüdətli aktivliyin qorunması üçün vacib məsələlər barədə ətraflı məlumat verib.
Bununla yanaşı, seminarda “Güvən dayə” xidməti gənclər üçün iş imkanlarını təqdim edilib. Bu xidmət çərçivəsində oyun dostu, müəllim, loqoped dayə və digər ixtisaslar üzrə gənc işçilərə ehtiyacın olduğu qeyd olunub.
Qeyd edək ki, tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi və “Güvən dayə” xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.