Sumqayıtda güclü tıxac yaranıb.
Sumqayit24.az xəbər verir ki, Bakı küçəsi boyunca avtomobil sıxlığı müşahidə olunur. Tıxac küçənin Sülh prospekti ilə kəsişməsinədək davam edir.
Sakinlərin sözlərinə görə, ərazidə sirena səsləri yayılır. Lakin səsin polis, FHN və ya təcili tibbi yardım avtomobillərinə aid olduğu dəqiq bilinmir.