Sabahın hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda yanvarın 2-də havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək.
Temperatur gecə 4-7°, gündüz 8-13° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 771 mm-yə enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 60-70% olacaq.